Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib və “(Ukraynada) qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq”,-deyə qeyd edib.
Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib.
ŞƏT-in genişlənməyə davam etdiyinə diqqət çəkən Şoyqu İranın ŞƏT-ə üzv olduğunu və Belarusun ən qısa zamanda üzv olmasını gözlədiklərini bildirib.
Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımlar atılmalıdır.
Mövsüm
Aznews.az