Ali Məhkəmənin hakimi özünü öldürüb

27 Aprel 2024 15:44 (UTC+04:00)

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

Aznews.az xəbər verir ki, 62 yaşlı hakim yaşadığı Abşeron rayonunda yaşadığı evdə özünü asaraq intihar edib.

O, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. Xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.