Polşa: Bizim ərazimizdə nüvə silahının yerləşdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib

29 Aprel 2024 20:33 (UTC+04:00)

Polşa prezidenti Anjey Duda bildirib ki, onun ərazisində nüvə silahının yerləşdirilməsi ilə bağlı heç bir qərar qəbul edilməyib.

Kanadanın "CTV News" telekanalına danışan Duda, NATO-nun şərq cinahını gücləndirmək qərarına gələrsə, öz ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalını qiymətləndirib.

Duda, "Belə bir qərarla bağlı məlumatım yoxdur. Şüurlu olaraq bildiririk ki, belə bir qərar verilməyib, amma hazırıq",-deyə qeyd edib.

Rusiyanın “təhlükəli” olduğunu iddia edən Duda qeyd edib ki, nüvə silahının yerləşdirilməsi ilə bağlı qərar NATO müttəfiqləri ilə birlikdə qəbul edilməlidir.

Anjey Duda aprelin 22-də ölkəsində nüvə silahının yerləşdirilməsinə “hazır” olduqlarını bildirib.

Mövsüm

Aznews.az