Dövlət Komissiyası: İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib

30 Aprel 2024 12:21 (UTC+04:00)

İtkin düşən şəxslərin siyahıları dəqiqləşdirilib, onların ailələrindən nümunələr götürülüb.

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki kütləvi məzarlıqlarda qazıntı işləri aparılıb: “İtkin düşmüş vətəndaşlarımızın taleyinin araşdırılması istiqamətində işlər aparılır”.