Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək

30 Aprel 2024 22:19 (UTC+04:00)

Polşa Prezidenti və Baş naziri COP29-da iştirak edəcək.

Aznews.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Prezident və Baş nazir COP29-da iştiraka dəvət alıblar və bu yüksək səviyyəli konfransda iştirak etməyi planlaşdırırlar.