ABŞ hökuməti Fələstin xalqına müraciət etdi

13 Avqust 2013 13:26 (UTC+04:00)
Orta Şərq sülh danışıqlarının başlamasına bir neçə gün qalmış ABŞ rəhbərliyi İsrailin yeni tikinti planları ilə bağlı fələstinlilərə müraciət edib.

Anspress-in BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Conn Kerri Fələstin xalqından İsrailin 1200 evlik, yeni yəhudi məskənlərinin tikintisi planlarına mənfi reaksiya verməməsini xahiş edib.

C.Kerri Vaşinqtonun İsrailin məskənlərlə bağlı planlarını qeyri-qanuni adlandırdığını və bununla bağlı Təl-Əvivlə müzakirələrin aparıldığını deyib.

AzNews.az