Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO

2 May 2024 22:07 (UTC+04:00)

Tbilisidə etirazçılar paytaxtın əsas nəqliyyat qovşağını iflic ediblər.

Aznews.az xəbər verir ki, parlament binasının qarşısına toplanmış minlərlə etirazçı buradan Rustaveli prospekti ilə Qəhrəmanlar meydanına yürüş ediblər.

Nəticədə Tbilisinin əsas nəqliyyat qovşağı da daxil olmaqla bir sıra mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti tam dayanıb.