İnsan bədənində əriyən yeni mikrosxem hazırlanıb
13 Avqust 2013 18:25 (UTC+04:00)
Amerika, Koreya və Yapon elektron mühəndisləri tibbdə uğurla tətbiq ediləcək yeniliyə imza atıb.
AzNews.az science.gov.az saytına istinadən xəbər verir ki, onların hazırladıqları mikrosxem dərinin altına daxil ediləcək və 3 həftə ərzində tamamilə əriyib yox olacaq. Təcrübələr hələ ki, siçanlar üzərində keçilir. Onlara yerləşdirilən elektron çip ənənəvi mikrosxemdən on min dəfə daha incə hazırlanıb və heç bir ziyan yetirmədən orqanizmdə qala bilər. Həll edilə bilən mikrosxem qanın və digər parametrlərin təzyiqini ölçmək, həmçinin temperatur tənzimləyicisi kimi tətbiq ediləcək. Xəstəyə müvəqqəti daxil edilmiş tənzimləyicilər müalicə müddətində tədricən həll olunacaq.
AzNews.az