“Facebook”dan daha bir yenilik

13 Avqust 2013 18:40 (UTC+04:00)

Sosial şəbəkədə səsli tərcümə mümkün olacaq "Facebook" şirkəti səsli tərcümə edə bilən "Jibbigo" tətbiqini satın alıb. 2009-ci ildən fəaliyyətə başlayan "Jibbigo" qısa müddət ərzində çox məşhurlaşıb. Səs tanıma texnalogiyası sayəsində xeyli məşhurlaşan bu sistemdən artıq "Facebook" da yararlanacaq. Qısa müddət ərzində sosial şəbəkədə istifadəçilər hansı ölkə vətəndaşı olmalarından asılı olmayaraq "Jibbigo" sayəsində bir-birilərinin dilini başa düşəcəklər. "Facebook"un rəsmi nümayəndəsi Tom Stocky CNN-ə "Jibbigonun" satın alınmasının şirkət üçün uzun müddətli bir sərmayə olduğunu bildirib.

Əli Hüseynli
AzNews.az