Nazir vətəndaşları qəbul edəcək

13 Avqust 2013 15:12 (UTC+04:00)
Avqustun 23-də iqtisadi inkişaf naziri Şahin Mustafayev İsmayıllı şəhərində Ağsu, Qobustan, Şamaxı və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

AzNews.az xəbər verir ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, H.Əliyev prospekti, 57) təşkil olunacaq. Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Dağlıq Şirvan regional bölməsi (Ünvan: Şamaxı şəhəri, H.Əliyev küçəsi, 23, əlaqələndirici şəxs Azər Qasımov, əlaqə telefonu:(02026)5-10-25, (050) 395-02-56, elektron poçt ünvanı: d.shirvan@rambler.ru) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

AzNews.az