Rusiya hökuməti istefa verir

7 May 2024 15:43 (UTC+04:00)

Rusiya hökuməti baş nazir Mixail Mişustinin imzaladığı fərmanla yeni seçilmiş prezident Vladimir Putinə istefa verib.

Bu barədə hökumətin Teleqram kanalı bildirib.

Bu prosedur qanunla təsbit olunub: yeni prezident and içdikdən sonra kabinet istefaya gedir. Vladimir Putinin yeni prezidentlik müddətinin başlanması ilə bağlı mərasim bu gün Moskva vaxtı ilə saat 12:00-da baş tutub.

Nazirlər Kabineti yeni hökumət təyin olunana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Mövsüm

Aznews.az