Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
Bu barədə "BelTA" agentliyi məlumat yayıb.
Bu gün Belarus lideri Moskvada Ali Avrasiya İqtisadi Şurasının (AİİK) iclasında iştirak edəcək .
“Gözlənilir ki, Aleksandr Lukaşenko iclasdakı çıxışında Belarusun gündəlikdəki əsas məsələlərlə bağlı mövqeyini açıqlayacaq və Avrasiya inteqrasiyasının gələcək inkişaf perspektivləri barədə danışacaq”, - nəşr yazır.
Mövsüm
Aznews.az