ATV-nin keçmiş aparıcısı direktor müavini təyin edildi

13 Avqust 2013 15:52 (UTC+04:00)
Məşhur telejurnalist hazırda isə hüquqşunas kimi çalışan Bəhruz Məhərrəmova vəzifə verilib.

"Qafqazinfo" xəbər verir ki, o, MDB məkanında ən iri holdinqlərdən sayılan "Avromed" şirkətlər qrupunun baş direktorunun müavini təyin edilib. B. Məhərrəmov bu günə qədər şirkətin hüquq idarəsinə rəhbərlik edirdi.

Xatırladaq ki, Bəhruz Məhərrəmov uzun müddət ATV kanalında jurnalist və redaktor vəzifələrində çalışıb, 2008-2009-cu illərdə "ATV İnternational" kanalına rəhbərlik edib. 2009-cu ildən isə bir sıra beynəlxalq təşkilatlarda hüquqşunas işləyib.

Bəhruz Məhərrəmov xəbəri təsdiqləyərək bildirib ki, yeni təyinatla o, şirkətdə hüquq və ümumi məsələlər üzrə sahələri kurasiya edəcək.

AzNews.az