Ekspert: “Ermənistanı dövlətlərin gey-paradına cəlb edirlər“

13 Avqust 2013 16:32 (UTC+04:00)
"Ermənistanın Avropaya inteqrasiyası - bu ölkənin dövlətlərin gey-paradına cəlb edilməsidir".

Anspress Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə rusiyalı ekspert, Geosiyasi Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin bildirib.

O, çağdaş Avropanı əsrlər boyunca yaradılmış istənilən ənənəni, mədəniyyəti, dini məhv edən postmodeornist vakxanliya kimi qiymətləndirib. Onun sözlərinə görə, Ermənistanın qərbə yaxınlaşması bu cərəyana qoşulma cəhdindən başqa bir şey deyil. "Biz görürük ki, bütün ranqlardan olan Avropa məmurları necə azğınlıqla eyni cinsli nikahları qətiləşdirməyə çağırırlar, gey və lesbian cütlüklərinə övladlığa uşaq götürməyə icazə verilməsini tələb edirlər, cinsi azlıq icmasını müqəddəsləşdirməyə çalışırlar və bunu yüzillərlə formalaşmış bütün ənənəvi dəyərlərdən yüksək tuturlar",- deyə Valeri Korovin vurğulayıb.

AzNews.az