Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
“Report” “Sputnik-Kazakstan”a istinadən xəbər verir ki, C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.
Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.