İran parlamentinin qarşısında etiraz aksiyası keçirildi

13 Avqust 2013 20:00 (UTC+04:00)
Bu gün Tehranda məktəbəqədər təhsil (bağça) və digər təlim-tərbiyə müəssisəsinin işçiləri İran parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə, buna səbəb onların məşğulluq vəziyyəti ilə bağlı yaranmış problemdir.

Piket iştirakçıları işdən azad edilmələri və təlim-tərbiyə müəssisələri ilə əməkdaşlıqlarına son qoyulmasına etirazlarını bildiriblər. Bu addım isə İranın keçmiş məktəbəqədər təhsil və təlim-tərbiyə naziri Həmid Hacıbabayinin dövründə atılıb. Aksiya iştirakçıları əvvəlki iş yerlərinə qaytarılmalarını, İran Əmək, Kooperativlər və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlarla əmək müqaviləsi bağlamasını və sığorta ilə təmin edilmələrini istəyiblər.

AzNews.az