Mayın 9-da Almaniya tərəfinin baş konsulluğun fəaliyyətinə icazəni ləğv etdiyi üçün 2023-cü ilin sonunda rəsmi funksiyalarını yerinə yetirməyi dayandıran Rusiya Federasiyasının Leypsiqdəki keçmiş Baş Konsulluğunun kompleksinə bir qrup naməlum şəxs tərəfindən hücum edilib.
Bu barədə Rusiyanın Almaniyadakı səfirliyində məlumat verilib.
Onlar göstəriblər ki, 6 nəfər Rusiyaya məxsus əmlakın ərazisinə daxil olub və onlar nərdivanlardan istifadə edərək xarici hasardan keçərək xidməti binanın eyvanına çıxıblar. Orada Rusiya əleyhinə plakatlar açılıb və Rusiyanın daşınmaz əmlakını özgəninkiləşdirmək planlarını açıqlayıb. Bir qrup həmfikir (təxminən 20 nəfər) obyektin hasarının arxasında qalaraq uca səslə aksiyaya dəstək verib.
Mövsüm
Aznews.az