Ermənistan Putinin Azərbaycana səfərindən narahatdır
13 Avqust 2013 20:05 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Ermənistanda böyük narahatlıq yaradıb. İqtidar və müxalifət təmsilçiləri prezidentin bu səfərini Ermənistana təhlükə kimi dəyərləndiriblər.
Parlamentin xarici əlaqələr komissiyasının sədri Artak Zakaryan bildirib ki, səfər Azərbycanla Rusiya arasında münasibətlərin genişlənməsinə xidmət edəcək: "Təbii ki, bizim tərəfdaşımız olan dövlətin düşmən dövlətlə hansısa ikitərəfli əməkdaşlığı bizi narahat etməlidir. Bununla belə əminəm ki, işgüzar səfər Rusiyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyi dəyişməyəcək".
Ermənistan müxalifəti isə səfərə iqtidar nümayəndələri qədər nikbin yanaşmır. Müxalifət partiyası olan Ermənistan Milli Konqresinin nümayəndəsi Vladimir Karapetyan belə hesab edir ki, səfər Ermənistana mesaj xarakteri daşıyır: "Sarkisyanın Putini Ermənistana səfərə dəvət etdiyi bir zamanda prezident Azərbaycana getdi. Bu gələcəkdə də münsibətin belə ola biləcəyinə aydın işarədir".
Elnarə
AzNews.az