İrəvanda növbəti etiraz aksiyası başlayıb

12 May 2024 19:55 (UTC+04:00)

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etirazla əlaqədar İrəvanda Respublika meydanında növbəti aksiya başlayıb.

Aznews.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, mitinqə qədər Matenadaran yaxınlığından Respublika meydanına doğru gənclərin yürüşü keçirilib.

Yürüş iştirakçıları meydanda aksiyaya qoşulublar.