ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Gallanta Rəfaha böyük hücuma qarşı olduqları mesajını verib və İsrail nazirindən Qəzzaya yardımların daxil olmasını asanlaşdırmasını istəyib.
ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Blinken Gallant ilə telefon danışığı aparıb.
Açıqlamaya görə, ABŞ-nin İsrailin təhlükəsizliyinə bağlılığını bir daha vurğulayan Blinken, HƏMAS-ın məğlubiyyəti ilə bağlı İsraillə eyni sırada olduqlarını bildirib.
İsrailli nazirlə Qəzza və Rəfahdakı son vəziyyəti dəyərləndirən Blinken ABŞ-nin mövqeyini təkrarlayıb ki, İsrail Rəfaha böyük hücuma qarşıdır.
Blinken həmçinin Gallantdan Qəzzada olan mülki şəxslərin və humanitar yardım işçilərinin hədəfə alınmamasını və humanitar yardımın bölgəyə daxil olmasını asanlaşdırmasını istəyib.
Mövsüm
Aznews.az