İnsan ölümü haqqında Şok faktlar - Fotosilsilə

13 Avqust 2013 22:20 (UTC+04:00)
İnsan ölümdən qorxduğu qədər onun haqqında məlumatsızlıqdan da əziyyət çəkir. Ölüm haqqında təqdim etdiyimiz şok faktlar isə ölümün sirlərindən xəbər verir.

1.Ölümdən sonra üç gün içində insanın axşam yemeyini həzm etməsinə yardımçı olan hüceyrələr insanı yox etməyə başlayır. Pozulan hüceyrələr bakteriyaların bəslənməsinə səbəb olur və insan vücudu qısa bir müddət sonra çürüyür.

2. İnsanlıq tarixinin başlanğıcından etibarən orta hesabla 100 milyard insanın öldüyü təxmin edilir.

3. 1951 – ci ildən bəri heç bir amerikalı çox yaşlanmaqdan ölməyib.

4. Hansı şəraitdə ölməsindən asılı olmayaraq hər bir canlının ölümünə səbəb oksigen çatışmazlığıdır. Hansı səbəbdən ölürsə-ölsün oksigen çatışmadığı an həyat sona çatır.

5. Təkcə Amerikada torpağa basdırılan ölülərdən 827,060 galon axıcı maddı torpağa qarışıb. Bu da havaya hidroklorik asit və karbondioksit qarışığının atılması deməkdir.

6. İsveçdə "Promessa" adlı şirkət ölü bədəni maye nitrogen içində dondurur və qarğıdalı nişastasından hazırlanan xüsusi bir tabut içində torpağa basdırır. Buna "ekoloji dəfn" deyilir.

7. Hindistandaki zərdüştlər ölülərini qartalların yeməsi üçün açıq sahəyə qoyurlar.

8. Madaqasqarın yerli əhalisi ölülərin sümüklərini torpq altndan çıxarıb yaşayış məntəqəsinin ətrafında bir dövrə vururlar.

9. 19-cu əsrdə Misirdə dəmiryolu şirkətləri torpaq altındakı mumyaları
çıxarıb onlardan lokomotivlər üçün yanacaq kimi istifadə edirdilər.

10. Amerikada insanların 80 faizi xəstəxanada ölür.

11. Bütün dillərdə ölmək kəmləsinin sinonimi var.

Elnarə
AzNews.az