Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar.
Bu barədə "Panorama" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, “Vətən naminə Tavuş” aksiyasının iştirakçıları Sayat-Nova prospekti ilə Nalbandyan küçəsi və Sayat-Nova prospekti ilə Abovyan küçəsinin kəsişmələrini bağlayıblar.
Nəşrin məlumatına görə, etirazçılara qoşularaq yolu bağlayan sürücülərdən biri polis tərəfindən avtomobildən çıxarılaraq saxlanılıb.
Mövsüm
Aznews.az