İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib

15 May 2024 14:25 (UTC+04:00)

İraqın şimalındakı Qara və Hakurk bölgələrinə edilən hava əməliyyatları ilə 12 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında Qara və Hakurk bölgələrində aşkarladıqları 12 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib".

Açıqlamada bu ifadələr də yer alıb: “ Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər davamlı əməliyyatlara davam edəcəyik”.

Mövsüm

Aznews.az