Gürcüstan Parlamentinin qarşısında yenidən etiraz aksiyası keçirilir - FOTO

15 May 2024 21:22 (UTC+04:00)

Tbilisidə "xarici təsir" qanunu əleyhinə yenidən etiraz aksiyası keçirilir.

Aznews.az xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə Parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldir.

Mitinqdə Gürcüstanın və Avropa İttifaqının himni səsləndirilib.

Etirazçılar qanun əleyhinə müxtəlif şüarlar səsləndirirlər.