Nazir yeni müavinini təqdim etdi

14 Avqust 2013 09:14 (UTC+04:00)
Avqustun 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən təhsil nazirinin müavini vəzifəsinə təyim edilən Ceyhun Bayramov Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edilib. Bu barədə məlumat Təhsil Nazirliyindən verilib. Bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışan C.Bayramovun təyinatı ilə əlaqədar Təhsil Nazirliyində toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.

Elnarə
AzNews.az