İran polisi 250-dən çox “satanist”in saxlandığını bildirib

17 May 2024 20:10 (UTC+04:00)

İran polisi üçü Avropa Birliyi ölkələrinin vətəndaşı olan 250-dən çox adamın "satanizm təbliğatı"na görə saxlanıldığını bildirib.

Bu barədə" Le Figaro" qəzeti məlumat yayıb.

“Polis onların paltarlarında, üzlərində və saçlarında şeytani emblemlər, işarələr və simvollar olan 146 kişi və 115 qadını saxlayıb. Şeytani simvollar, spirtli içkilər və psixoaktiv maddələr, o cümlədən 73 avtomobil onlardan ələ keçirilib ”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Mövsüm

Aznews.az