“Rusiya konstitusiyasına görə, prezident seçkilərindən sonra hökumət tam tərkibdə istefa verməlidir və yenidən seçilməlidir. V. Putinin Sergey Şoyqunu göndərməsində qeyri-adi bir şey görmürəm. Rusiya bir növ özünü dünyaya indi müharibə ölkəsi kimi deyil, vətəndaş sülhünü sevən bir ölkə kimi təqdim etmək üçün Andrey Belousovu gətirdi. Belousov bir iqtisadçı kimi, Avropada da hörmət olunan bir dövlət məmurudur. Ancaq əslində bütün ordunun işini qərargah rəisi aparacaq, ümumiyyətlə dünyada yeni tendensiyada müdafiə nazirlərini daha çox mülki şəxs edirlər. Əslində Sergey Şoyqunun müdafiə naziri gətirilməsi səhv siyasət idi. Çünki o, fövqəladə hallardan gəlmişdi. Orada çox uğurla gördüyü işi burda davam etdirə bilmədi. Ordu bir az çətin məsələdir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Cümşüd Nuriyev deyib.
O bildirib ki, Rusiya Ukrayna ilə müharibədə fiaskoya uğradı və bu da istər-istəməz Rusiyanın hərbi qüdrətinə böyük kölgə saldı.
“Necə ki, bu güc böyük rəğbətlə təbliğ olunurdu. Buna görə də Rusiya üçün çox ciddi problemlər yaratdı. Nəticədə Rusiyada böyük itkilər verdi. Buna görə də V. Putin bir növ bədəli kiməsə yükləməli idi və elə Sergey Şoyquya da yüklədi. Qanunla da onun üzərində olmalı idi. Deməz olmaz ki, hökumət də çox dəyişiklik oldu. Təmini 30-40 faizə qədər dəyişiklik olub. Hökumət bir növ birmənalı şəkildə, Rusiyanı bu kritik vəziyyətdən çıxara bildi. Həmçinin seçici hökumət Rusiyanı daha irəli aparmaq üçün nəzərdə tutulan bir hökumətdir”.
Rəfiqə NAMAZƏLİYEVA