Ermənilər türkiyəli yazara medal verdi

14 Avqust 2013 09:29 (UTC+04:00)
Ermənistan Mədəniyyət Nazirliyi Türkiyənin kürd əslli tanınmış yazarı Yaşar Kamalı "Qriqori Narekasi" medalı ilə təltif edib.

Erməni mətbuatının məlumatına görə, yazıçının bu medalla təltif edilməsinə ermənilərin mədəni irsinə göstərdiyi ehtiram səbəb olub. Medalın yazara təqdim edilməsi mərasimi isə sentyabrda Türkiyədə keçiriləcək. Yaşar Kamalın "Axtamar" kilsəsinin rəsmi Ankara tərəfindən uçurulmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərdiyi bildirilir.

Elnarə
AzNews.az