Müsavat fəalı həbs edildi - Yeniləndi

14 Avqust 2013 16:23 (UTC+04:00)
Polis tərəfindən saxlanılan Azər İsmayılın məhkəməsi başa çatıb. Məhkəmə qərarı ilə ona 5 sutka həbs verilib.

***
12:22
Müsavat Partiyasının Sabirabad rayon fəalı Azər İsmayıl həbs edilib.

Bu barədə AzNews.az-a Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli məlumat verib. O bildirib ki, A.İsmayıl dünən axşam polis tərəfindən saxlanılaraq, şöbəyə aparılıb. M.Hacıbəylinin sözlərinə görə, yaxın saatlarda A.İsmayılın məhkəməsi keçiriləcək.

Anar
AzNews.az