Avropa İttifaqı (Aİ) və Moldova təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb.
Bu barədə Aİ-nin diplomatiya rəhbəri Cozef Borrell məlumat verib.
“Moldova Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayan ilk ölkədir. Bu tərəfdaşlıq ölkənin dayanıqlığını artıracaq”, o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Borrelin sözlərinə görə, bu, ümumi təhlükəsizlik problemlərini birgə həll etməyə, qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmağa və əməkdaşlığın yeni sahələrini araşdırmağa imkan verəcək.
Mövsüm
Aznews.az