FT Aİ-nin Gürcüstanla vizasız rejimi dayandırmaq planları barədə məlumat yayıb

22 May 2024 12:16 (UTC+04:00)

Estoniya, Niderland, Çexiya və İsveç ölkədə xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Aİ-nin Gürcüstanla vizasız rejiminin ləğvində israrlıdır.

Bu barədə "Financial Times" qəzeti yazıb.

Assosiasiyaya üzv ölkələrin xarici işlər nazirlərinin yaxın həftə ərzində Tbilisiyə qarşı sanksiyaların tətbiqi məsələsinə baxacağı dəqiqləşib.

Nəşrin xəbər verir ki, söhbət təkcə vizasız rejimin ləğvi ilə bağlı deyil, həm də ölkənin Aİ-dəki aktivlərinin dondurulması və digər “Gürcüstan hökumətinə müxtəlif təzyiq tədbirləri”ndən gedir.

Məhdudiyyətlər Aİ-nin bütün 27 ölkəsi tərəfindən razılaşdırılmalıdır, lakin Macarıstan Gürcüstanı dəstəkləyir, nəşr qeyd edir ki, bu, məhdudiyyətlərin tətbiqini gecikdirə bilər.

Mövsüm

Aznews.az