Legioner limiti yenidən dəyişdirildi
14 Avqust 2013 12:34 (UTC+04:00)
Topaz Premyer Liqasında legioner limiti yenə dəyişdirilib.
AzNews.az Apasport.az saytına istinadən məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi 2014/15 mövsümü üçün yeni limit tətbiq edəcək.
Qarşıdakı mövsümdən komandalar meydanda 6-dan artıq legionerə güvənə bilməyəcək. Meydanda yer alacaq 5 yerli futbolçudan ikisi isə 21 yaşa qədər olmalıdır.
Qeyd edək ki, cari mövsümdə tətbiq olunan limitə əsasən, meydanda 7 legioner ola bilər. 4 yerli futbolçudan biri isə mütləq 21 yaşadək olmalıdır. Cari mövsüm üçün bu yaş 1992-ci il təvəllüdlülərə şamil olunur.
AzNews.az