"Neftçi" baş məşqçisi ilə yollarını ayırıb

26 May 2024 11:43 (UTC+04:00)

"Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.