Ermənistan polisi mayın 27-də saxlanılan bütün etirazçıları azad edib.
News.am bu barədə respublikanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, bazar ertəsi ümumilikdə 285 etirazçı saxlanılıb. Onlar üç saatlıq inzibati həbsdən sonra sərbəst buraxılıblar.
“Saxlanılan şəxslər polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə məsuliyyətə cəlb ediliblər”, - deyə məlumatda bildirilir.
Mövsüm
Aznews.az