ABŞ: Şimali Koreyanın raketlərinin hissələri Ukraynada aşkarlanıb

31 May 2024 21:37 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Kəşfiyyat İdarəsi (DİA) Şimali Koreyaya məxsus raketlərin hissələrinin Ukraynada tapıldığını iddia edib.

DİA-nın rəsmi saytında “Şimali Koreya Rusiyanın Ukraynaya qarşı raket hücumlarını aktivləşdirir” başlıqlı hesabat dərc edilib.

Hesabatda Ukraynanın bir çox bölgəsində aşkarlanan ballistik raketlərin hissələrinin Şimali Koreyaya aid olduğu bildirilib.

Yanvar ayında Ukraynanın Xarkov vilayətindən olan DİA mütəxəssislərinin təhlil etdiyi görüntülərə görə, orada vurulan partlayıcının Şimali Koreyaya məxsus qısa mənzilli raket olduğu qeyd edilib.

Hesabatda Pxenyan və Moskva arasında "yaxşılaşan və güclənən" əlaqələrə də diqqət çəkilərək, "Pxenyanın yeni hərbi imkanları inkişaf etdirmək üçün davam edən səyləri iki ölkə arasında əlaqələrin artması nəticəsində Rusiya tərəfindən dəstəklənir" deyilir.

Mövsüm

Aznews.az