Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan öz tərəfdarlarını bu həftə sonu Gümrü və İrəvanda daha çox etiraz aksiyaları keçirməyə çağırıb.
O, cümə günü İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edərək bildirib ki, şənbə günü səhər müxalifət fəalları mitinq keçirmək üçün Gümrüyə getməyi və bazar günü İrəvanda yürüş keçirməyi planlaşdırır.
Mövsüm
Aznews.az