"28 May" stansiyasında ölən sərnişin 68 yaşlı kişi olub - TƏBİB

2 İyun 2024 17:33 (UTC+04:00)

Bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.