Abdulla Gül Qəbələyə gəlir

14 Avqust 2013 16:13 (UTC+04:00)
Türkiyə prezidenti Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gələcəklər.

AzNews.az xəbər verir ki, bu barədə SalamNews-a Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Məlumata əsasən, Türkiyə prezidenti və XİN başçısını qarşılayacaq nümayəndə heyəti artıq Qəbələdədir.

Qonaqlar birbaşa Qəbələyə uçacaqlar. Onların yaxın bir saat ərzində Qəbələyə gəlişi gözlənilir.

Qeyd edək ki, səfərdə əsas məqsəd Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşündə iştirak etməkdir.

Səfirlikdən, həmçinin bildirilib ki, Türkiyə prezidentinin sabah Azərbaycan dövlət başçısı ilə görüşü nəzərdə tutulub. Ə.Davudoğlu isə TDƏŞ-in XİN başçılarının Şurasının iclasında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

AzNews.az