Ölüm hökmü verilən iki azərbaycanlının cəzası dəyişdirildi

14 Avqust 2013 18:39 (UTC+04:00)
Azərbaycanla Çin arasında müvafiq müqavilənin olmamasına baxmayaraq, qarşılıqlıq prinsipinə və iki ölkənin Ədliyyə nazirlikləri arasında əldə olunmuş razılığa əsasən məhkumların verilməsi prosesi həyata keçirilməkdədir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, habelə, son zamanlar Çində ölüm cəzasına məhkum olunmuş iki Azərbaycan vətəndaşının cəzaları azadlıqdan məhrumetmə ilə əvəz edilib.

Bu məsələlərdə Azərbaycanın Çindəki səfirliyi öz səylərini göstərib. Bununla belə, bu prosesin intensivləşdirilməsi və hüquqi çərçivəyə salınması üçün müvafiq müqavilə layihəsi hazırlanaraq qarşılıqlı məsləhətləşmələr aparılıb.

AzNews.az