Qondarma Dağlıq Qarabağdan Azərbaycana əməkdaşlıq təklifi - ŞOK
14 Avqust 2013 18:32 (UTC+04:00)
Qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərliyi Azərbaycana qəribə təklif edib.
AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, seperatçı rejim Azərbaycana su resurslarından birgə istifadəyə dair dialoq qurmağı təklif edib. Bu barədə məlumatı "DQR"in vitse-prezidenti Artur Ağabekyan bildirib.
Ağabekyanın sözlərinə görə, söhbət Sərsəng su anbarı və Tərtər çayının suyundan istidafədədən gedir: "Sərsəng su anbarının su ehtiyatı bizim ehtiyacımızdan çoxdur. Əgər Sovet dövründə tikilən su kanallarından düzgün istifadə edilərsə həm Azərbaycan, həm də erməni tərəfi bundan qazanar".
Erməni mətbuatının yazdığına görə, əgər Azərbycan tərəfi bu təklifə müsbət cavab verərsə, sərhədyanı rayonlara külli miqdarda investisiya yatırmaq lazım gələcək: "Sərsəng su anbarından elektrik enerjisi almaq məqsədilə biz elə qrafik seçirik ki, bu, ancaq bizim maraqlarımıza xidmət edir. Dialoq şəraitində isə biz hər iki tərəfin maraqlarına xidmət edəcək qrafikdən istifadə edə bilərik".
Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artur Ağabekyan bir il bundan əvvəl İrəvandan Xankəndiyə köçüb. Onun fikrincə, bəyanat iki xalq arasında dialoqa xidmət edəcək: "Sonunda bu qonşu ölkədir. Bu gün düşməndir, sabah isə sadəcə dost olmayacaq. Biz xalqları sülhə hazırlamalıyıq".
Elnarə
AzNews.az