Aİ xarici agentlər haqqında qanuna görə Gürcüstanla vizasız gediş-gəlişi dayandıra bilər

5 İyun 2024 19:19 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi dayandıra bilər.

Bu barədə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski Hərəkat portalına müsahibəsində bildirib.

"Xarici təsirin şəffaflığı haqqında qanunun qəbulundan sonra biz viza liberallaşdırılması şərtlərinin Gürcüstana hələ də şamil olub-olmadığını yoxlamaq lazımdır",- deyə o, "Facebook" səhifəsində yayımlanan müsahibəsində bildirib.

Mövsüm

Aznews.az