Abdullah Gül Azərbaycanda

14 Avqust 2013 19:42 (UTC+04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Abdullah Gülü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə dövlətinin başçısı onun şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin önündən keçib.

AzNews.az