Modi Hindistanın yeni hökumətinin qurulması ərəfəsində istefa verib

5 İyun 2024 19:36 (UTC+04:00)

Hindistanın baş naziri Narendra Modi Nazirlər Kabinetinin parlamentin aşağı palatasının buraxılmasını tövsiyə etməsindən sonra istefa verib.

Bu barədə Prezident Katibliyinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modiyə və Nazirlər Kabinetinə yeni hökumət işə başlayana qədər işini davam etdirmək xahişi ilə müraciət edib”, - dövlət başçısının katibliyinin saytında dərc olunan məlumatında deyilir.

Hindistan parlamentinə seçkilərdən sonra hazırkı baş nazir və Nazirlər Kabineti istefa verməlidir. Onlar yeni hökumət qurulana qədər vəzifələrində qalırlar.