Prezident Məhəmməd Moxberlə İrandan keçməklə Zəngilanla Naxçıvanı birləşdirəcək yolu müzakirə edib

5 İyun 2024 20:13 (UTC+04:00)

İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxber arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub.