Türkiyə MN: 2 PKK terrorçusu zərərsizləşdirilib

7 İyun 2024 14:50 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada, İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən açıqlamada deyilir: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarladıqları 2 PKK terrorçusunu zərərsizləşdirib . Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək".

Mövsüm

Aznews.az