Misirdə fövqəladə vəziyyət ləğv edilsin - Tələb

15 Avqust 2013 07:23 (UTC+04:00)
Avropa Birliyi Misirdəki zorakılığı pisləyir və tətbiq olunmuş fövqəladə vəziyyətin ləğv edilməsini tələb edir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, AB-nin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton bu barədə bəyanatla çıxış edib.

"Qahirədə və bütün Misirdə baş vermiş zorakılığı ciddi şəkildə pisləyirəm. Mən təhlükəsizlik orqanlarını dözümlü olmağa, müvəqqəti hökuməti isə ölkədəki fövqəladə vəziyyəti ləğv etməyə çağırıram" - deyə o əlavə edib.

Qeyd edək ki, Misirdə qarşıdurmaların 3 minədək qurbanı var. Hadisələr nəticəsində 43-ü polisi olmaqla, 278 nəfər həlak olub.

AzNews.az