İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq

9 İyun 2024 16:00 (UTC+04:00)

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.

Aznews.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Həmin namizədlər Əlirza Zəkani, Səid Cəlili, Əmir Hüseyn Qazizadə Haşimi, Mustafa Purməhəmmədi, Məhəmməd Baqer Qalibaf və Məsud Pezeşkiandır.

Qeyd edək ki, bu gün İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.