Polşanın cənubunda silah fabrikində partlayış baş verib

10 İyun 2024 15:54 (UTC+04:00)

Polşanın cənubundakı Svietokrzyskie voyevodalığında yerləşən Mesko silah zavodunda güclü partlayış baş verib.

Bu barədə “Wyborcza” qəzeti müəssisənin direktoruna istinadən məlumat yayıb.

“Defence24” portalı əlavə edir ki, Polşa polisinin mətbuat xidmətinin məlumatına görə, müəssisənin 59 yaşlı işçisi partlayış nəticəsində ölüb. Daha iki nəfər yaralanıb. Hazırda fövqəladə hadisə yerində yanğınsöndürmə briqadası və təcili tibbi yardım helikopteri işləyir.

Mövsüm

Aznews.az