Meksikada keçirilən seçkilərdə qalib gələn Şeynbaum Obradorla görüşüb

11 İyun 2024 11:58 (UTC+04:00)

İyunun 2-də Meksikada keçirilən seçkilərdə qalib gələn Klaudiya Şeynbaum hazırkı prezident Andres Lopez Obradorla görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Şeynbaum Obradorla mümkün islahatlar və yeni sosial proqramlar mövzusunda razılaşdıqlarını bildirib.

Qeyd edək ki, Şeynbaum oktyabrın 1-dən etibarən Obradorun yerinə keçəcək.

Mövsüm

Aznews.az