Makron istefa verməyəcəyini qeyd edib

11 İyun 2024 15:48 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefaya getməyəcəyini bildirib.

Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Qeyd edək ki, AP seçkilərində Marin Le Penin partiyası 31,8%, Makronun Renessans partiyası isə seçicilərin cəmi 15,2%-i səs toplayıb.

Bundan sonra Fransa lideri milli assambleyanın buraxıldığını və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Mövsüm

Aznews.az